Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rəsul Rzanın ev-muzeyinin təmiri üçün tender elan olunacaq

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın Bakının mərkəzində yerləşən ev-muzeyinin təmir və bərpası ilə əlaqədar tender elan olunacaq.

Bunu “Report”a açıqlamasında R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, məsələ ilə bağlı ciddi yenilik yoxdur: “Mədəniyyət Nazirliyindən mənə zəng etmişdilər. Bildirdilər ki, muzeyin təmiri üçün tender elan olunmalıdır. Tenderdən sonra təmirə başlayacaqlar”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …