Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Radikalların növbəti mitinq cəhdindən geri çəkilməsinin səbəbi – İnsanların gəlməyəcəyindən qorxdular…

img

Yeni il başlayandan müxalifətin radikal kəsimi “fəallaşmağa” cəhdlər edir. Yanvarın 19-da keçirilən aksiya bir daha göstərdi ki, müxalifətin həmin kəsiminin yeni, mütərəqqi heç bir təklifi yoxdur. Aksiyada indi qədər eşidilən köhnə şüarlardan başqa nəsə səslənmədi. Radikal dairələr iddia edirlər ki, onların son keçirdiyi aksiya daha “izdihamlı” alınıb. Ancaq mitinqin keçirildiyi yerin müxtəlif rakurslarından çəkilən fotolardan görünür ki, aksiyada heç də təşkilatçıların iddia etdiyi kütləvilik olmayıb. Rəsmi qurumlar isə bildirib ki, aksiyada cəmi 2800 tərəfdar iştirak edib.

Hazırda gündəmdə olan ən aktual mövzu müxailətin məhz 19 yanvarda anonsunu verdiyi “26 yanvar” mitinqi ilə bağlıdır. Məlum olduğu kimi, rəsmi qurumlar bu günə təyin edilən mitinqin keçirilməsinə icazə verməyib. Son aksiyadan sonra bəlli oldu ki, müxalifətin radikal kəsiminə aid olan elektoratın nümayəndələri aksiyadan sonra da küçələrdə asayişin pozulmasına cəhdlər edib, lazımsız şüarlar sələndiriblər. Məhz bunu əsas gətirən paytaxtın Baş Polis İdarəsinin rəisi mitinqə icazə verilməməsi ilə bağlı vəsatətlə çıxış edəcəyinə dair mediaya açıqlama verdi. Həmin açıqlamadan sonra radikal dairələr, nəyin bahasına olursa-olsun, aksiyanı keçirəcəklərinə dair bəyanatlar verdilər. Onlar bunu hakimiyyətin siyasi fəallığın artmasından doğan narahatlığı ilə izah edib, məhz belə bir məqamdan istifadə etməyi zəruri sayırdılar. Ancaq son anda , yanvarın 25-i axşamdan başlayaraq mitinqin əsas təşkilatçılarından olan Əli Kərimli sosial şəbəkələr üzərindən fəaliyyət göstərən “KİV”-lərə verdiyi müsahibələrində aksiyanın təxirə salındığını bəyan etdi. Maraqlıdır ki, AXCP sədrinin bu mövqeyi elə öz düşərgəsində birmənalı qarşılanmayıb. Onu hətta qorxaqlıqda, yalan vəd verməkdə ittiham edənlər də az deyil. Maraqlıdır ki, müxalifətin 26 yanvar aksiyası ilə bağlı atdığı qeyri-standart və bir-birilə uzlaşmayan qərarlarını nə ilə izah etmək olar? Əgər vəziyyət onların iddia etdiyi kimidirsə, onda radikal dairələr guya hakimiyyətin təşvişə düşməsindən yararlanıb aksiyanı keçirməkdə maraqlı olmalıydılar. Demək ki, aksiyanın təxirə salınmasında başqa amillər böyük rola sahib olub. Birmənalı şəkildə məlumdur ki, Azərbaycan hakimiyyətinin seçkilərdə səslərin mütləq əksəriyyətini qazanan milyonlarla tərəfdarı var. Belə olan halda, icazəli aksiyaya cəmi 2 min 800 nəfəri zorla toplayan Milli Şura anlayıb ki, icazəsiz aksiyaya əvvəlkindən dəfələrlə az adam gələ bilər ki, bu da onların apardıqları təbliğata ciddi zərbə olar. Təşkilatçılar bilir ki, icazəsiz aksiyanın keçirilməsinə cəhd eyni zamanda qanuni məsuliyyət yaradır və kimsə buna görə belə risqli addımın atılmasında maraqlı olmayacaq. İzah edildi ki, 19 yanvar mitinqindən sonra aksiya iştirakçılarının bir qismi kütləvi iğtişaşlara cəhd edib. Yəni mitinq keçirən siyasətçilər öz tərəfdarlarının hərəkətlərinə nəzarət etməli və buna görə məsuliyyət daşımalıdır. Hər mitinqdən sonra iştirakçılar şəhərin küçələrinə çıxıb iğtişaş yaratmağa çalışacaqsa, şübhəsiz ki, dövlət qabaqlayıcı tədbirlər görməlidir. Bu gün öz tərəfdarlarına belə təsir edə bilməyən bir siyasi qüvvənin bu cür ambisiyalarla çıxış etməsi isə, yumşaq desək, çox qəribə görünür.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir