Milli Məclisin deputatı aprel döyüşlərində yaralanan qazi Hikmət Məmmədovun ağır xəstəlikdən əziyyət çəkən ailə üzvlərindən birinin əməliyyat xərclərini öz üzərinə götürüb.
Bu barədə H.Məmmədov özü məlumat verib.
“Ailə üzvlərimdən əməliyyata ehtiyyacı olan var idi. Bu məsələni müəyyən şəxslər bilirdi. Dünən həkim Əli müəllim zəzng elədi ki, əməliyyatın xərclərini millət vəkili Adil Əliyev öz üzərinə götürüb. Adil müəllimə bizə göstərdiyi diqqətə görə dərin təşəkkürümü bildirirəm. Üzr istəyirəm, ondan xəbərsiz paylaşdığım üçün. Amma hər kəs qazisinə, şəhid ailəsinə diqqət, göstərən millət vəkilini də tanımalıdır. Bu cür millət vəkilləri barmaqla göstərmək olar. Digərləri də qazilərimizlə və şəhid ailələri ilə maraqlansalar, heç birimizin problemi olmaz. Hər zaman güc birlikdədir. Tək əldən səs çıxmaz. Dostlar dualarınızı səirgəməyin” – deyə, qazi Hikmət Məmmədov sosial şəbəkədə paylaşdığı hesabında qeyd edib.