Bazar , 19 Yanvar 2025
Drone Cameras

RAİ Prezidenti Fizuli Məmmədov: Diaspor təşkilatı kiminsə dostlarının klubu yox, bütün xalqımızı, Vətənimizin bütün regionlarını birləşdirməlidir

Rusiya azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Moskvadakı soydaşlarımızla görüşüb.

Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Rusiya Federasiyasında da soydaşlarımız mənsub olduğu regionun insanları ilə daha sıx mədəni, iqtisadi münasibətlər qurur. Sirr deyil ki, bu gün Rusiyada ümummilli dəyərlərlə bərabər, region amili də birləşdirici rol oynayır. Azərbaycan diaspor quruculuğu işində 30 illik təcrübəsi olan Fizuli Məmmədov bu amilin vacibliyini və diaspor təşkilatı ətrafında birləşməmizə müsbət təsirini nəzərə alaraq noyabrın 2 də Moskvada Ağcabədi rayonundan olan iş adamları ilə görüşüb.

Görüşdə Əli Atakişiyev, Rafiq Mirzəyev, Arif Mirzəyev, İlham Cəfərov, Rasim Mustafayev, Məhəmməd Əzizov, Ramazan Ramazanov iştirak edib. Rusiya azərbaycanlıları İttifaqı görüşdə həmçinin təşkilatın vitse-prezidenti Mais Cəfərovla təmsil olunub.

Müsbət şəraitdə keçən görüş zamanı Fizuli Məmmədov RAİ nin məqsəd və tapşırıqları, təsis edildiyi gündən keçən 5 ay ərzində vacib layihələri haqda geniş məlumat verib. Soydaşlarımız uzun illər Rusiyada yaşamaqlarına baxmayaraq bu müddət ərzində təşkilat işinə cəlb edilmədiklərindən şikayətlənibər. Onlar diaspordakı pərakəndəliyin səbəbini elmi dərəcələri ilə özünü diaspordakı digər peşə adamlarından yüksəkdə görən psevdoliderlərlə əlaqələndirib.

RAİ prezidenti Fizuli Məmmədov öz növbəsində bildirib ki, şəxsi marağa söykənən təşkilatlar artıq iflasa uğramaqdadır. Onun fikrincə son illərin böhranları təşkilatlanma işində statusundan aslı olmayaraq öz xalqına söykənməyin ən doğru yol olduğunu sübut edir. “Kosmopolit düşüncəli, diasporla birbaşa ünsiyyətdən qaçan kəslər onlara ehtiyac duyulduğu hallarda əsas məşğuliyyətlərini səbəb gətirib, diasporu böhranla üzbəüz qoyublar”, deyən Fizuli Məmmədov Rusiya azərbaycanlıları İttifaqını sistem kimi formalaşdırmaqda maraqlı olduğunu qeyd edib. O əminliklə deyib ki, Təşkilat bir nəfərin yox, bütün diasporun marağı üzərində qurulur.

Görüşə qatılmış soydaşlarımız vahid diaspor təşkilatı olaraq məhz RAİ nin ətrafında birləşməyin milli mənəvi dəyərlərə xidmət etdiyini, diasporu möhkəmləndirəcəyini, ölkələrarası güclü amilə çevirəcəyinə əminliyini ifadə ediblər.

Rusiya azərbaycanlıları İttifaqı rəhbərliyinin Moskvada yaşayan soydaşlarımızla görüşləri davam edir.

Rusiya azərbaycanlıları İttifaqının mətbuat xidməti

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …