Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Check Also

Dağıstan xalqını sürgündən xilas edən BÖYÜK AZƏRBAYCANLI – FOTOLAR

İstedadlı tədqiqatçımız, tariximizin bir çox  gizli məhcullarına gün işığı tutan Adıgözəl Məmmədovun “Böyük Azərbaycan naminə” …