Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub.

E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.

Araşdırmalar davam edir.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …