Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

“Real Madrid” klubu tarixində ikinci dəfə klublararası dünya çempionu olub

Futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Real Madrid” tarixində ikinci dəfə bu kuboka yiyələnib. İspaniya klubu final matçında meydan sahibi Yaponiyanın “Kaşima Antlers” komandasına 4:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin portuqaliyalı bombardiri Kriştiano Ronaldo komandasına qalibiyyət qazandırmağı bacarıb. Cari il dünyanın ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu əlavə vaxtda daha iki qol vuraraq het-trik edib. Beləliklə, kral klubu 2014-cu ildən sonra ikinci dəfə sözügedən turnirin qalibi olub.

Qeyd edək ki, “Real Madrid”dən fərqli İspaniyanın digər nəhəngi “Barselona” bu kuboku 3 dəfə (2009, 2011 və 2015-ci il) qazanıb.

Check Also

Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO

Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir