Şənbə , 15 Mart 2025
Drone Cameras

Rejissor Rafiq Dadaşov vəfat edib

Rejissor Rafiq Dadaşov dünyasını dəyişib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb.

2002-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC “Aztelefilm” birliyində kinorejissor vəzifəsində çalışıb.

O, “Qəm pəncərəsi”, “Bir cənub şəhərində”, “Dantenin yubileyi”, “Ötən ilin son gecəsi” və s. filmlərin rejissoru olub.

2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir