Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”.

Bu barədə onun vəkili Tatevik Soqoyan mətbuat konfransında bildirib.

Vəkil qeyd edib ki, Köçəryanın təkadamlıq kamerada saxlanılır və digər şəxslərlə ünsiyyətə icazə verilmir.

“Qohumlarının ona baş çəkmək hüququ olsa da, hətta deputat oğlu Levon Köçəryanın da ziyarətlərinə maneələr yaradılır, baxmayaraq ki, statusu ona cəzaçəkmə müəssisəsinə maneəsiz daxil olmağa imkan verir”, – Soqoyan qeyd edib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.\\teleqraf

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …