Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan” bloku baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Boyukmillet.com xəbər verir ki, ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur.

Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır.

“Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”, – bəyanatda deyilir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …