Bazar , 23 Fevral 2025
Drone Cameras

Ronaldu cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib.

Ronaldu bu barədə instaqram hesabındakı paylaşımında yazıb: “Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”.

Qeyd edək ki, Kriştianu Ronaldu F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Beləliklə, o, Əli Daeinin milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Cənubi azərbaycanlı keçmiş oyunçu bu münasibətlə Ronaldunu təbrik edib.

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …