ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün seçimlərinin olduğunu bildirib.
Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, dövlət katibinin sözlərinə görə, Tehran son vaxtlar boğaz üzərində daimi nəzarət yaratmaq və oradan keçən gəmilərə rüsum tətbiq etmək niyyətindən danışır.
M.Rubio vurğulayıb ki, Vaşinqton bu cür planların reallaşmasına icazə verməyəcək.
“İndi onlar Hörmüz boğazına daimi nəzarət etmək, rüsum tətbiq etmək və sair niyyətləri barədə açıqlamalar verirlər. Buna icazə verilməyəcək. Prezidentin bunun baş verməsinin qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var. Aydındır ki, bu variantların nə olduğunu müzakirə etməyəcəyəm. Lakin məqsədlərimizə çatmağımıza imkan verəcək bir yol var. Biz onlara aylar ərzində deyil, həftələr ərzində nail olacağıq”, – Rubio bildirib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
