Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayıb

Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlayıb.

Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Rumıniyanın Baş naziri Nikolae Çuke Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması haqqında göstəriş verib.

Layihə Konstansada (Rumıniya) qazın mayeləşdirilməsi stansiyasının tikintisini, qazın boru kəmərlərinə nəqlini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur. “Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, əgər o, səmərəli olsa, Rumıniyanı qonşu ölkələr, ilk növbədə, Moldova üçün qaz mərkəzinə çevirməyə kömək edəcək”, – Nikolae Çuke bildirib.

Check Also

Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci …