Paytaxt Bakı analoqu olmayan bir hadisə yaşayır. Uşaqlarına rus dilində təhsil vermək istəyən çoxsaylı valideynlər etirazlara qalxıblar. Buna səbəb onların uşaqlarının rus dili məktəblərinə götürülməməsidir. Formal izahatlara görə, tələbin çox olması səbəbindən paytaxtdakı rusdilli məktəblərdə yer yoxdur. Bu da məyus olan valideynləri etiraz aksiyalarına əl atmağa gətirib çıxarır.
Çoxları bu vəziyyəti “utancverici” kimi qiymətləndirir. Bizi 200 il işğalda saxlamış və son 30 ildə milli fəlakətlərimizə, soyqırım və ərazi itkilərimizə səbəb olmuş, hələ də pisliyini davam etdirən bir dövlətin dili ilə təhsil almaq bir çox soydaşlarımız üçün sanki həyat-məmat məsələsidir.
Biz niyə bu günlərə qaldıq? Niyə rus dilində təhsil üçün bir çox valideynlər hər şeylərindən keçməyə hazırdırlar. Bu vəziyyət nəyin göstəricisidir?
Bu və digər suallarla Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlıya üz tutduq. O adama ki, Azərbaycan dilinin və Azərbaycan suverenliyinin bərqərar olması uğrunda bütün həyatını həsr edib, 1988-ci ildə başlayan milli azadlıq hərəkatına rəhbərlik edib. Rus dilinin və Rusiyanın Azərbaycandan getməsi üçün ölümü göz önünə alaraq illərlə mübarizə aparıb.
İndi belə çıxır ki, onun və silahdaşlarının apardıqları mübarizə xalq tərəfindən o qədər də ciddi dəstəklənməyib? Ən azından, dil sahəsində əziyyətləri boşuna gedib?
Sabir Rüstəmxanlı rus dilinin paytaxtımızda bu cür populyar olmasını Rusiyanın Azərbaycanı yenidən işğal etməsi kimi qiymətləndirirmi?
Beləliklə, danışır Sabir Rüstəmxanlı – rusdilli SSRİ-yə qarşı milli azadlıq hərəkatının ən önəmli liderlərindən biri, 1980-ci illərdə gəclərə və proseslərə yön verən “Ömür kitabı”nın müəllifi:
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com