Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya ABŞ və Ukraynaya xəbərdarlıq edib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək”, – o söyləyib.

D.Peskov bildirib ki, Qərbin daha müasir silahların Kiyevə tədarükü Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …