Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib

Rusiya ABŞ-yə Ukrayna ilə bağlı sülh sazişinin bağlanması şərtlərini əks etdirən qapalı diplomatik nota (“non-paper”) göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmilərə istinadən bildirir.

Sənəddə Moskva Donbas və Luqanskın bütün ərazisi üzərində nəzarətin qurulması tələbini bir daha təsdiqləyib.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın hazırkı kursuna faktiki olaraq ziddir. O, cəbhə xəttinin mövcud mövqelərdə dondurulmasının tərəfdarıdır.

Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gərgin keçib. Ukrayna rəsmisi agentliyə bildirib ki, Tramp Ukraynaya təzyiq göstərərək onu Donbasın bir hissəsindən imtina etməyə razı salmağa çalışıb.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …