Şənbə , 27 İyul 2024
Drone Cameras

Rusiya Dağıstanda ƏMƏLİYYAT KEÇİRDİ – Krokus teraktını maliyyələşdirən dəstə üzvləri saxlandı

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda əməliyyat keçirib, “Crocus” terrorunu maliyyələşdirən dəstənin üzvləri saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Bildirilib ki, Dağıstanda saxlanılan yaraqlılar “Crocus”da terror aktını törədənlərin maliyyələşdirilməsində və onlara dəstək verilməsində iştirak ediblər.

Dəstəyə dörd nəfər daxil olub. Məlum olub ki, onlar, həmçinin Kaspiyskdə terror aktı planlaşdırıblar, bundan dərhal sonra Rusiyanı tərk etmək niyyətində olublar.

FTX Dağıstanda saxlanılan silahlıların Kaspiyskdə sahili partlatmaq niyyətində olduqlarını açıqlayıb.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Check Also

Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç …