Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya-Gürcüstan sərhədində üç mindən çox yük maşını keçid üçün növbə gözləyir

Yuxarı Lars keçid məntəqəsində 3,2 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

Boyukmillet.com xəbər verir ki, Gürcüstana avtomobillə daxil olan insanların əksəriyyəti saatlarla növbədə dayanmaq məcburiyyətində qalır.

Şimali Osetiyada tranzit avtomobillərin dövlət sərhədində toplanması ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq edilib. Bu işlərin tərkib hissəsi olaraq, dayanacaqlar boşalana qədər yük maşınlarının bölgəyə girişi məhdudlaşdırılır.

Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi 39 zolaqdan ibarətdir. Onlardan 12-si yük daşımaları, ikisi avtobuslar, biri ehtiyat, 24-ü isə minik avtomobilləri üçün nəzərdə tutulub.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …