Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Rusiya hərbçiləri artilleriyadan atəş açıb, Ukraynanın Xerson vilayətində 4 sakin ölüb

Rusiya hərbçilərinin açdığı artilleriya atəşi nəticəsində Ukraynanın Xerson vilayətində 4 dinc sakin ölüb.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin açdığı atəş nəticəsində minik avtomobili yanıb. Yanğınsöndürənlər yanğını söndürən zaman maşının salonunda 2 nəfərin meyitini aşkarlayıblar. Artilleriya atəşi nəticəsində küçədə 66 yaşlı qadın da ölüb.

Nazirlik ümumilikdə 4 dinc sakinin öldüyünü bildirib.

Məlumata görə, Ukraynanın cənubunda yerləşən Nikolayevsk vilayətində də partlayış olub. Hadisə ilə bağlı təfərrüatlar yayılmayıb.

İnformasiyaya əsasən, Ukraynanın Denpr, Kirovoqrad, Odessa və Xarkov vilayətlərində həyəcan siqnalı işə düşüb.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …