Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya hökuməti onlara dost olmayan ölkələrin siyahısını tərtib edib

Rusiya hökuməti onlara dost olmayan ölkələrin siyahısını tərtib edib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.

Siyahıya ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxildir.

Siyahı Rusiya Prezidentinin 5 mart 2022-ci il tarixli “Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin müvəqqəti qaydası haqqında” fərmanı çərçivəsində təsdiq edilib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …