Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir həzrət Krqanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu,
İcazə verin, Rusiya Müsəlmanlarının Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə – 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim.
Yubiley sadəcə bayram deyil. Bu, keçilmiş həyat yolu barədə düşünmək, gələcək üçün planlar qurmaq, hələ fəth edilməyən yeni zirvələrə gedən yolları müəyyənləşdirmək üçün bir fürsətdir. Siz xeyirxahlıq, ədalət, quruculuq və qəbul edilən qərarların müdrikliyi prinsiplərini rəhbər tutaraq uzun illər boyu Azərbaycan Respublikasının və bütün Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışırsınız.
Sizin ən yüksək peşəkarlığa, zəngin həyat təcrübəsinə və insanlara həssas münasibətə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək barədə çoxdankı arzusu həyata keçib. Bunun sayəsində Azərbaycan Respublikası özünün siyasi, iqtisadi və mədəni inkişafında yeni qələbələrə doğru inamla irəliləyir.
Fərəhlə qeyd etməliyəm ki, qardaş ölkələrimiz arasında dialoq ən yüksək səviyyədədir. Bu, ənənəvi İslamın qorunub saxlanması və inkişafı üçün təməldir. Rusiya Müsəlmanlarının Ruhani Məclisi və Qafqaz Müsəlmanları İdarəsi dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsi, sülh, təhlükəsizlik və sabitlik ideyalarının geniş yayılması sahəsində illər boyu sıx əməkdaşlıq edir. Biz ölkələrimizin müsəlmanları arasında dostluq münasibətlərini ürəkdən qiymətləndiririk.
Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizin ən sevindirici hisslərinizə şərik çıxaraq Sizə səmimi qəlbdən dua edir, möhkəm cansağlığı, uzun və səmərəli ömür, enerji, tərəqqi, bütün planlarınızın gerçəkləşməsini, ruh yüksəkliyi və gözəl əhval-ruhiyyə arzu edirik.
Ulu Tanrı Sizi və ailənizi qorusun, xoşbəxtlik bəxş etsin, xeyirxah əməllərinizin əvəzini versin”.