Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunun Çasiv Yar şəhər icmasının Bohdanivka kəndini işğal edib.

Boyukmillet.com xəbər verir ki, bu qənaətə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı gəlib.

“Düşmən Bohdanivkanı işğal edərək Çasiv Yar, Novokalınove və Tonenke yaxınlığında irəliləyib”, – kanal nəql edib.

Xatırladaq ki, aprelin 9-da Rusiya qoşunlarının sözügedən regionun Pervomayske kəndini işğal etdiyi açıqlanmışdı.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …