Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Rusiya Paşinyanın “İsgəndər”lə bağlı iddialarına sərt CAVAB VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın II Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərininin yararsızlığı və partlamaması barədə iddiaları Rusiyada hiddətə səbəb olub.

Boyukmillet.com xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın Rusiyanın raket sistemlərinin işini şübhə altına almasına etiraz edib.

Viktor Zavarzin erməni siyasətçinin fikirlərini rədd edib. Onun sözlərinə görə, Paşinyan bu şəkildə özünün günahsız olduğunu əsaslandırmağa, Dağlıq Qarabağdakı məğlubiyyətinə bəraət qazandırmağa çalışır.

“Bir insan özünə bəraət qazandırmağa çalışırsa, onun üçün “İsgəndər”lər də yararsızdır, erməni xalqı və ordusu da günahkardır. Əlbəttə ki  Paşinyanın dedikləri doğru deyil. Rusiya istehsalı olan “İsgəndər” müxtəlif təlimlərdə sınaqdan çıxıb və hədəfi çox yüksək dəqiqliklə vura bilib. Buna heç bir şübhə ola bilməz. Suriyada da “İsgəndər”lərdən çox dəqiq və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın iddiaları ilə qəti razı deyiləm”.

Rusiyalı siyasətçi bildirib ki, “İsgəndər”lə bağlı iddialar Qərbin diqtəsilə əsassız olaraq gündəmə gətirilir.

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …