Cümə , 6 Mart 2026
Drone Cameras

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov arzuolunmaz şəxs elan edilən və Moldovaya buraxılmayan Tatarıstan rəhbəri Rüstəm Minnixanovun təyyarəsinin eniş etdiyi Kişinyov hava limanında baş verən insidentdən sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, R.Minnixanov Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və “nalayiq davranış nümayiş etdirib”. Eyni zamanda, səfirin “nalayiq davranışı”nın nə olduğu barədə məlumat verilməyib.

Moldova hökumətinin sözçüsü Daniel Vode bildirib ki, O.Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirlik əməkdaşlarının Kişinyov hava limanına xüsusi buraxılışlardan məhrum ediləcəyi və onlardan birinin persona non-qrata elan oluna biləcəyi barədə məlumat verilib.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …