Bazar , 19 May 2024
Drone Cameras

Minatəmizləmə sahəsində aparılan işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

Boyukmillet.com xəbər verir ki, minatəmizləmə sahəsində aparılan işlərlə tanışlıq məqsədilə əraziyə mediatur təşkil edilib.

Alayın bölük komandiri Səbuhi Sarıyev media nümayəndələrinə görülən işlər barədə məlumat verib.

O bildirib ki, Vətən müharibəsindən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı FHN-in Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı da cəlb olunub.

S.Sarıyev söyləyib ki, əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində və su kanalları boyunca aparılır. Bölük komandiri deyib ki, əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akreditasiyadan keçiblər.

Media nümayəndələri Alayın Ağdamın Baş Qərvənd kəndi ərazisindəki təmizləmə sahəsində görülən işlərlə bağlı yaxından tanış olublar. Jurnalistlərə burada aparılan işlər və təmizləmə üsulları barədə məlumat verilib.

Bildirilib ki, ərazilərin təmizlənməsində təkcə əl üsulu ilə deyil, xüsusi təlim keçmiş itlər və yeni alınan minatəmizləmə aqreqatlarından da istifadə olunur.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …