Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …