Şənbə , 27 Aprel 2024
Drone Cameras

Rusiya Səhiyyə Nazirliyi terror aktında ağır yaralananların sayını açıqlayıb

“Krokus siti holl”da baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya-24”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:

“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.

Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.

Check Also

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs …