Çərşənbə axşamı , 4 Mart 2025
Drone Cameras

Rusiya siyasətini sarsıdan qəza – Tanınmış siyasətçi öldü, yaralılar var

Rusiya parlamentinin deputatı Ayrat Hayrullin Tatarıstanın paytaxtı Kazanda baş verən vertolyot qəzasında həyatını itirib.

Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində biri pilot olmaqla daha 2 nəfər ağır yaralanıb.  
 

Hadisə Tatarıstanın paytaxtı Kazandan 30 kilometr aralıda baş verib. 

Картинки по запросу

                                                                                                     Ayrat Hayrullin

Dumanın vitse-prezidenti Sergey Neverov Facebook hesabından yaydığı açıqlamada millət vəkili Hayrullinin qəzada öldüyünü təsdiqləyib. 

İlkin məlumatlara görə, helikopter pis hava şəraiti səbəbindən yerə çırpılıb. Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb. 

Vertolyotun özəl bir şirkətə aid olduğu bildirilir.

Vahid Rusiya Partiyasının deputatı olan Hayrullin eyni zamanda Dumanın Kənd Təsərrüfatı Komitəsinin sədr müavini idi.
 

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …