Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır

Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb.

“Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir”, – bəyanatda deyilir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev ondan hərbi məqsədlər üçün istifadəni dayandırmayana qədər taxıl dəhlizindəki hər hansı obyektin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.

Nazirlik Rusiyanın Qara Dəniz Təşəbbüsündən çıxmadığını, razılaşmaları dayandırdığını vurğulayıb.

Check Also

Selçuk Bayraktar: Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək

Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki …