Çərşənbə , 7 Yanvar 2026
Drone Cameras

Rusiya Ukraynanın Zaporojye vilayətinə 600-dən çox zərbə endirib

Rusiya qoşunları son sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 600-dən çox zərbə endirib.

Boyukmillet.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.

“Son sutka ərzində Rusiya Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 605 zərbə endirib. Dinc sakinlər arasında xəsarət alan yoxdur”, – o, telegramda yazıb.

Administrasiya rəhbərinin sözlərinə görə, yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinə dəymiş ziyanla bağlı 105 məlumat daxil olub.

Öz növbəsində Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Rusiya qoşunları gecə kritik infrastruktura hücum ediblər.

“Gecə saatlarında Rusiya “Shahed-131/136″ tipli PUA-larla vilayətin kritik infrastrukturuna kütləvi hücum həyata keçirib. Xəsarət alan yoxdur”, – o, telegramda yazıb.

V.Kimin sözlərinə görə, hücum nəticəsində Nikolayev rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Enerjinin verilişinin bərpası istiqamətində iş aparılır.

Check Also

Yaşar Gülər PKK, PYD, YPG və SDQ-dən silahı yerə qoymağı tələb edib

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə …