Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atması nəticəsində bir nəfər yaralanıb, dağıntılar var.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak sosial şəbəkə səhifəsində bildirib.

“Düşmən Sumı vilayətinin Belopole bölgəsini atəşə tutmaqda davam edir. Rusiya idarəedilən aviasiya bombaları ilə aviazərbə endirib”, – A.Yermak yazıb.

O qeyd edib ki, bombardman nəticəsində iki şəxsi ev, ikimərtəbəli çoxmənzilli yaşayış binası, küçədən keçən aşağı təzyiqli qaz kəməri zədələnib.

Ofisin başçısı vurğulayıb ki, Rusiya Ukrayanda mülki obyektləri atəşə tutmaqla yeni taktikanı sınaqdan çıxarır:

“Bu, terrorçu-dövlətin tipik terrorudur”

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …