Şənbə , 27 İyul 2024
Drone Cameras

Rusiya və Tacikistan birgə hərbi təlimlərə başlayıb

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimlərin açılışı “Harb Maydon” poliqonunda başlayıb.

Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları təşkil edir.

İnformasiyaya əsasən, manevrlər zamanı iştirakçılar terrorçuların məhv edilməsi, eləcə də silahlı birləşmələrin hücumu zamanı sərhədin qorunması ilə bağlı tapşırıqları yerinə yetirəcəklər.

Təlimlər dağlıq ərazilərdə keçiriləcək və aprelin 18-dək davam edəcək.

Check Also

Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç …