Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiya və İrandan idxal olunan bəzi qida məhsullarında parazit və bakteriyalar aşkarlanıb

Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb.

Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adıİstehsal və son istifadə tarixiMənşə ölkəsiİxracatçı müəssisə
Dondurulmuş balıq03.04.2025 – 03.04.2026RusiyaООО «Food Team»
Soğan halqası20.08.2024 -20.08.2025RusiyaООО «МИРАТОРГ»
Ərik qurusu01.04.2025 – 01.04.2027İran“Trading Mirebrahim Seyed Alaei”
Turşu lavaş01.02.2025 – 01.02.2027İran

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …