Bazar , 19 May 2024
Drone Cameras

Rusiya və İsveçin XİN rəhbərləri Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlar aparacaq.

Boyukmillet.com xəbər verir ki, Linde üçün bu, təşkilatın sədri kimi Rusiya paytaxtına ikinci səfər olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşün gündəliyinə ATƏT-in cari işinə dair geniş spektrli məsələlər, o cümlədən bu ilin dekabrın 2-3-nə planlaşdırılan qurumun Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq daxildir.

Danışıqlarda Ukrayna və Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq. Nazirlər Dnestryanı münaqişənin nizamlanmasında təşkilata yardım, o cümlədən Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrində ATƏT-in vasitəçiliyi məsələlərini nəzərdən keçirəcəklər.

Bundan əlavə, Əfqanıstan böhranının nəticələrini yaşayan Mərkəzi Asiya dövlətlərinə yardımda ATƏT-in mümkün rolu nəzərdən keçiriləcək.

Rusiya ilə Qərb arasında gərginləşən münasibətlər fonunda nazirlərin Avropa təhlükəsizliyi sahəsində vəziyyəti müzakirə edəcəyi gözlənilir. Xüsusilə, onlar Avropada adi silahlara nəzarət rejiminin bərpası yollarını, gərginliyin azaldılması və Avro-Atlantik məkanda hərbi təhlükənin azaldılması məqsədilə Rusiya ilə Qərb arasında etimad və təhlükəsizliyin yaradılması tədbirlərini nəzərdən keçirəcəklər.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …