Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya və Türkiyə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Rusiya Baş nazirinin müavini Aleksandr Novakla Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdə tərəflər iqtisadiyyatın əsas sahələrində ölkələr arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər.

Rusiya ilə Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və inkişaf etməkdə davam etdiyi qeyd edilib. Rəsmilər ölkələr arasında nəqliyyat sektoru və logistika, sənaye və kənd təsərrüfatı, turizm sahələrində inkişaf edən əməkdaşlığı müzakirə ediblər.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlıqda enerji sektoru xüsusi yer tutur. Belə ki, “Türk axını” və “Mavi axın” qaz kəmərləri uğurla fəaliyyət göstərir, Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu”nun tikintisi davam edir. Görüşün yekunları üzrə tərəflər iqtisadiyyatın əsas sektorlarında ölkələrin qarşılıqlı fəaliyyətini genişləndirmək niyyətlərini bildiriblər.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …