Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiya və Türkiyə “taxıl sazişi”nin paket xarakterini təsdiqləyib

“Taxıl sazişi”nin paket xarakteri dekabrın 8-9-da İstanbulda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və türkiyəli həmkarı Sedat Önal arasında keçirilən məsləhətləşmələr zamanı təsdiqlənib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər iyulun 22-də imzalanan İstanbul razılaşmasını nəzərdən keçiriblər: “Sazişin paket xarakteri, yəni Ukrayna ərzaq məhsullarının ixracı üzrə Qara dəniz təşəbbüsü, Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına dair Rusiya-BMT memorandumu təsdiqlənib”.

Qeyd edilib ki, “taxıl sazışi”nin icrası ilk növbədə Afrika, Asiya və Latın Amerikasının kənd təsərrüfatı məhsullarına ehtiyacı olan ölkələrinə yardım göstərəcək, həmçinin qlobal ərzaq təhlükəsizliyini təmin edəcək

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …