Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Rusiya XİN Ermənistanı ittiham edib

Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə deyib.

O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyalar açmağa hazır olduqlarından danışıb: “Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub. Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”.

Check Also

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici …