Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya XİN ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını şərh edib

Rusiya Xarici İşlər Nazirliyi bügünlərdə Füzuli rayonunun Alxanlı kəndində baş verən son insident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”, – M.Zaxarova vurğulayıb.

O, rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir