Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiyada azərbaycanlı blogerə qarşı 20 milyon rubl vergidən yayınma ittihamı irəli sürülüb

Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər.

Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

“Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən bloger Sübhan Məmmədova qarşı qiyabi olaraq ittiham irəli sürülüb. O, xüsusilə iri məbləğdə vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bundan əlavə, yuxarıda sadalanan cinayətlərin törədilməsində ittihamlar daha əvvəl onun qardaşı və atasına qarşı da irəli sürülüb”, – məlumatda bildirilib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …