Cümə , 17 Yanvar 2025
Drone Cameras

Rusiyada gündəm Türkiyədir : “Qərb istədiyi üçün əsrlərlə düşmən olduq, tarixdə ilk dəfə dost oluruq”

Rusiya mediası Vladimir Putinin Ankaraya gəlişi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Akkuyu Atom Elektrik Stansiyasının təməl qoyma törənində iştirakı və prezidentlərin  təkbətək görüşləri ilə bağlı detallı yazılarla çıxış edib. Görüşlər detallı şəkildə işlənib.

Rusiya Dövlət Televiziyası “Rusiya 1 TV”, Putinin Türkiyə səfərini tarixi adlandırıb.

“Rusya 1 TV”-dən Pavel Zarubin Putinin limuzinini rəsmi səfərlərdə zəruri olmamasına baxmayaraq atlı bir birliyin müşayiət etməsinin böyük bir qarşılama senarisi olduğunu, Ərdoğanın bu mərasim üçün israr etdiyini bildirib.

Zarubin, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayarkən, Türkiyə və ABŞ arasındakı ziddiyyətlərdən də danışıb. Onun fikirincə, Türkiyənin Rusiyadan  S-400-ləri alması ABŞ-a bir mesajdır.

Zarubin nüvə stansiya haqqında isə “Türkiyə 50 illik xəyalını reallığa çevirdi” ifadələrini işlədib.

Rusiyanın NTV kanalı isə Putinin Ankara üçün” ən cəlbedici ziyarətçi” olduğunu və bu səfər Putinin yeni prezidentliyi dövründə ilk xarici səfəri olmasına diqqət çəkib.

Pervıy Telekanalın (Kanal Bir) aparıcısı Kirill Semyonov isə Rusiya ilə Türkiyənin əsrlərdir “Qərb istədiyi üçün” düşmən olduğunu deyib:

“Önce İngiltərə, sonra Almaniya və sonra da NATO rəisi ABŞ iki ölkənin düşmən olmasını istədi. Amma indi, tarixdə ilk dəfə Türkiyə bizim dostumuz və regionda açar tərəfdaşımızdır”.

“Moskovsky Komsomolets” qəzetində Yekaterina Piçuqinanın ”Böyüyən məhəbbətimizin önündəki pomidor maneəsi” başlıqlı məqaləsində Putinin Türkiyədə pomidor alveri məsələsini də müzakirə etdiyini yazıb.

(Avropa.info)

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir