Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiyada hərbi komissarlığın binası yandırılıb

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

Boyukmillet.com xəbər verir ki, “Kommersant”a istinadən xəbər verir ki, yerli polis bölməsi məlumatı təsdiqləyib.

Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub.

Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb.

Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, 2022-ci ilin sentyabrında vilayətin Kirov və Lenin rayonlarındakı hərbi komissarlığın binalarının yandırılmasına cəhd edilib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …