Bazar , 22 Dekabr 2024
Drone Cameras

Rusiyada kəskin bahalaşma: Azərbaycana da təsir edəcək

Rusiya hökumətinin açıqladığı statistika ölkədə defilyasiyanın artdığını göstərir. Lakin Rusiya əhalisi istehlak bazarındakı qiymətlərin rəsmi statistikada göstəriləndən yüksək olduğunu hiss edir. İyul ayında keçirilən sorğu qiymətlərin 11 faizə qədər artmasından xəbər verir.Sonuncu belə yüksək qiymət artımı halı 2014-cü ildə baş verib.Həmin dövrdə Rusiyada baş verən iqtisadi böhran və kəskin qiymət artımı devalvasiyaya səbəb olmuşdu.Nəticədə 2014-2015-ci illərdə Rusiyada bahalaşma 11-12 faiz təşkil etmişdi. 2016-cı ildə isə Rusiya Federal Statsitika Xidməti ən aşağı inflyasiya göstəricisi qeydə alıb-4,5 faiz. 

Federal Statistika Xidməti ölkədə defilyasiya ilə mübarizənin uğurla aparıldığını bildirir.Hətta iyun-iyul aylarının yağmurlu və soyuq keçməsilə əlaqədar məhsul qıtlığı yaransa da istehlak bazarında qiymət artımının demək olar ki, baş vermədiyini iddia edir. “RosStat”ın məlumatına görə, iyul ayında Rusiyada inflyasiyasiyanın həcminin 0,1 faiz, avqust ayının 14-ə qiymət artımının səviyyəsinin 3,8 faiz təşkil edib. Mərkəzi Bank isə cari ili 4 faiz inflyasiya ilə başa vuracağını bəyan edib. 

Ancaq onu da vurğulamaq lazımdır ki, iyun ayında Rusiyada inflyasiyanın 4,5 faizə yüksəlməsi iqtisadi şok yaratmışdı. İqtisadi İnkişaf Nazirliyi bu faktı havaların kəskin yağmurlu keçməsi ilə əlaqələndirsə də etiraf etmək məcburiyyətində qaldı.Ona görə də bu gün Rusiya cəmiyyətində inflyasiyasının olmaması barədə hökumətin açıqladığı statsitika inandırıcı hesab edilmir. İctimai Rəy Fondunun apardığı sorğu zamanı respondentlərin 46 faizi Mərkəzi Bankın planlaşdırdığı 4 faizlik hədəfə nail olacağına inanmadığını deyib. İnflyasiyanın səviyyəsi üzrə sualların cavabları hazırda Rusiyada qiymət artımının 10,7 faiz təşkil etdiyini göstərir. Eyni zamanda, iyul ayında mövsümi amillərlə əlaqədar olaraq, meyvə-tərəvəz məhsullarının qiymətində 8,3 faiz ucuzlaşma qeydə alınb. Ekspertlər isə hesab edir ki, Rusiya Mərkəzi Bankı İdarə Heyətinin iyulun 28-də keçirilən iclasında uçot dərəcəsini 9 faiz səviyyəsində saxlamasa ölkədə inflyasiyanın yüksək olmasını təsdiq edir.

Maliyyə Araşdırmaları üzrə Milli Agentliyin iyul ayında verdiyi açıqlamaya əsasən, əhalinin yığım imkanında ciddi dəyişiklik yaranıb.2015-ci ildə rəyi soruşulanların 47 faizi istehlak xərclərindən əlavə yığım etməyə çalışdığını bildirib.Hazırda isə respondentlərin 46 faizi bütün gəlirini xərclədiyini və heç bir yığım edə bilmədiyini deyib. Halbuki, iki il öncə yığım imkanına malik olmayanların sayı 15 faiz təşkil edirdi. İqtisadçılar ABŞ-ın tətbiq sanksiyaların təsiri və neftin qiymətində yenidən ucuzlaşmanın baş verməsi ilə əlaqədar 2018-ci ilin əvvəlində Rusiyada 1 avronun 70,8, 1 dolların isə 61-63 rubla bərabər olacağını proqnozlaşdırır. Bu da öz növbəsində, inflyasiyanın artmasını stimullaşdıracaq.

Qeyd edək ki, Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyədən sonra ikinci yeri tutur. Rəsmi məlumatlara görə, Azərbaycana idxal olunan mal və məhsulların 13,8 faizi Rusiyanın payına düşür. Azərbaycan Rusiyadan daha çox inşaat, elektrik avadanlıqları və digər sənaye malları alır.

Bundan başqa, hər iki ölkənin ticarət dövriyyəsində neft-qaz sektoru və elektrik enerjisinin alqı-satqısı mühüm yer tutur.Eyni zamanda, Rusiya Azərbaycana konservləşdirilmiş ət və ət məhsulları, kolbasa, sosis, balıq da ixrac edir.Bu baxımdan, Rusiyada qiymət artımının baş verməsi Azərbaycana idxal olunan mal və məhsulların da bahalaşması riskini yaradır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir