Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiyada kritik gəlişmə: Müharibə sərhədi keçir?

Kreml Rusiya vətəndaşlarına informasiya təzyiqi və onlara Ukraynanın “real təhlükə” olduğunu göstərmək üçün Belqorod və Kursk vilayətlərində müdafiə xətləri qurur. Eyni zamanda, Krımda sərhədlərin möhkəmləndirilməsi daha real hərbi məqsəd daşıyır, Rusiya qoşunları əks-hücum olacağı təqdirdə Ukrayna ordusunun hücumunu cilovlaya biləcəklərinə əmin deyillər.

Boyukmillet.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bu qənaətə gəlib.

“Rusiya qoşunları cəbhə xəttindən uzaq olan arxa ərazilərdə, eləcə də federasiyanın dərinliklərində, ehtimal ki, döyüşün heç vaxt aparılmayacağı yerlərdə müdafiə xətləri qurmağa davam edir”, – ISW-nin hesabatında deyilir.

Amerikalı analitiklər Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 10-da Kursk vilayətinin Ukrayna ilə sərhədi boyunca istehkamlar tikilməsi barədə bəyanatına istinad edirlər. ISW iddia edir ki, bu gəlişməyə baxmayaraq, Rusiya ərazilərində tammiqyaslı hərbi əməliyyatların nə vaxtsa başlaması ehtimalı azdır.

İşğal olunmuş Krımın qubernatoru Sergey Aksyonov martın 10-da yarımadada müdafiə xəttinin çəkilməsi barədə məlumat verib. ISW bildirir ki, yeni istehkamlar Ukraynanın cənubundakı hazırkı cəbhə xəttindən uzaqdır.

Təhlilçilər deyirlər ki, Rusiya hələlik bu müdafiə xətlərinin heç birində öz qüvvələrini yerləşdirməyib. Ona görə də onların tikintisi Ukraynadakı müharibənin gedişatına təsir göstərmir.   /teleqraf.com/

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …