Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiyada quldurluq edən erməni əsilli boksçu həbs edildi

Moskva şəhərində silahlı hücumda şübhəli bilinərək saxlanılan Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan Perovskiy Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Boyukmillet.com xəbər verir ki, Moskva məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Qeyd edək ki, Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb. Hücum avqustun 4-də Stalevarov küçəsində kafelərdən birinin ətrafında olub. Avetisyan və daha bir neçə nəfər Moskva sakinində külli miqdarda pulun olduğunu bilərək, qabaqcadan cinayət əməli planlaşdırmaqla ona hücum ediblər.

Avqustun 4-də Stalevarov küçəsində bir neçə şəxs tapançaya oxşar predmetlə hədələyərək, kişinin 900 min rublunu qarət ediblər, bundan sonra hadisə yerindən qaçaraq gizləniblər. Bir gün sonra cinayətkarlar polis tərəfindən saxlanılıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …