Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasında keçirilən tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mixail Zabelin və Rauf Əliyev mayın 8-də bu ölkənin Həştərxan şəhərində səfərdə olacaqlar.

Boyukmillet.com xəbər verir ki, yubiley tədbirlərində Ulu Öndər, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunacaq, onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda xidmətləri qeyd ediləcək, ölkəmizin hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən danışılacaq.

Check Also

Deputat sayının artmasına ehtiyac varmı?

Say artımı keyfiyyəti artıracaqmı? Hüquqşünas deyir ki, Azərbaycandakı deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Halbuki, …