Şənbə , 27 İyul 2024
Drone Cameras

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu (“Slavyansk EKO” MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Slavyansk EKO” şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudnev “İnterfaks”a deyib.

“Zərbələr olub, hazırda zavod bağlanıb, hüquq-mühafizə orqanları hadisə yerində işləyir”, – o açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Krasnodar diyarının Slavyansk rayonunun başçısı Roman Sinyaqovski mayın 19-na keçən gecə sözügedən neftayırma zavodunun ərazisinə dron hücumunun olduğunu bildirmişdi.

Check Also

Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç …