Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiyanın cənubunda ağır yol qəzası olub, 5 nəfər ölüb

Rusiyanın Kalmıkiya Respublikasında avtomobillə “Kamaz”ın toqquşması və alov alması nəticəsində biri uşaq olmaqla beş nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“İki avtomobilin – “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük maşınının toqquşması sonucunda nəqliyyat vasitələri yanıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü və dörd sərnişini, o cümlədən ilkin olaraq biri uşaq olmaqla aldığı xəsarətlərdən hadisə yerində keçinib”, – məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …