Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiyanın İstintaq Komitəsi terror aktı ilə bağlı daha üç nəfərin həbsini istəyir

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı ilə bağlı daha üç müttəhimin həbsini istəyir.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə məhkəmədə bildirilib.

“Daha üç material daxil olub: İslamov Aminçon İsrailoviç, İslamov Dilovar İsrailoviç və İslamov İsrail İbrahimoviçlə bağlı”, – qurum bildirib.

Onlar terrorçulara yardım göstərməkdə, rabitə və logistikanı təşkil etməkdə şübhəli bilinirlər. Cinayət işində iştirak edən iki nəfərə artıq rəsmi ittiham irəli sürülüb, üçüncüsü isə şübhəli olaraq qalır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …