Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiyanın “Nebojena” “Telegram” kanalı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib

“Əslində SSRİ-nin tənəzzülü bu günə qədər davam edir. Hələ də milli respublikalarda kommunistlərin çəkdiyi süni sərhədlər boyu müharibələr davam edir. Bu süqutun nə vaxta qədər davam edəcəyini bir Allah bilir”.

Bu barədə “Nebojena” “Telegram” kanalının Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar paylaşdığı məqalədə bildirilir.

“1992-ci ildə, I Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri Xocalı şəhərini ələ keçirmiş, burada qırğınlar törətmiş, yüzlərlə dinc sakini qətlə yetirmişdir. Bu fakt beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb, qətliam aktı dünya ölkələrinin çoxsaylı parlamentləri tərəfindən qeydə alınıb. “Human Rights Watch”a görə Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsində ən kütləvi və ən amansız qırğın olub”, – deyə məqalədə vurğulanıb.

Bildirilir ki, dinc əhalinin qətlinə görə Ermənistanda hələ də heç kim mühakimə olunmayıb.

“Soyqırım işinə qəsdən xitam verildi. 2000-ci ilin dekabrında Ermənistanın keçmiş prezidenti, o vaxt müdafiə naziri vəzifəsində çalışan Serj Sarqsyan müsahibəsində demişdi: “Xocalıya qədər azərbaycanlılar bizimlə zarafatlaşa biləcəklərini düşünürdü”.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …