Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb

Rusiyanın Tambov, Samara və Saratov hava limanları uçuşların qəbulunu və göndərilməsini dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Belə məhdudiyyətlər PUA-ların Rusiya regionlarına hücum riski ilə əlaqədar tətbiq edilib.

Əvvəllər Tambov eyni məhdudiyyətləri avqustun 4-də tətbiq edib və qadağa üç saat davam edib.

Saratovda avqustun 14-nə keçən gecə hava limanında tədbir təxminən üç saat ərzində qüvvədə olub.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …